Xəbər lenti‎ > ‎

ADR hərəkatının sədri Gubad Ibadoglu hökumətə 3 təklif verdi.

3 Tem 2015 11:15 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı

Təklif 1. Kredit və ya maliyyə üzrə ombudsman institutu yaradılsın. Bu institut müstəqil olarsa və müvafiq səlahiyyətlər əldə edərsə, borcalanların və kreditorların son zamanlar kütləvi sürətdə pozulan hüquqlarına dair məlumatların toplanması və onların həlli yollarının axtarılmasına töhfə verə bilər.
Təklif 2. "Müflisləşmə və iflas haqqında" qanunuda dəyişiklik edilərək, onun subyektinə kommersiya təşkilatları (o cümlədən banklar və digər kredit təşkilatları) və qeyri-kommersiya təşkilatları ilə yanaşı fiziki şəxslər (vətəndaşlar) də əlavə olunsun və ya "Fiziki şəxslərin (vətəndaşların) müsflişməsi" haqqında ayrıca qanunun qəbul edilsin. Mövcud qanunvericilikdə işlədilən «borclu» anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aid edilsə də bu qanun fiziki şəxslərə (vətəndaşlara) özlərini müflis elan edib onu rəsmişədirmək hüququ vermir. Təklif edirəm ki, fiziki şəxslərə (vətəndaşlara) da belə bir hüquq şamil olunsun və borcu olan, onu qaytarmaq qabliyyətinə malik olmayan fiziki şəxslər özlərini müflis edib, ərizəsini və müvafiq sənərlərini məhkəməyə təqdim etsinlər. Məhkəmələrdə fiziki şəxslərin borclarının yenidən struktirlaşması planı və onların ödəmə qabliyyətinin vəziyyəti əsasında, dəbbə pulları (cərimə, penya) saxlanılmaqla onlara 3 ilədən 5 ilədək kredit tətilləri verillsin. Beləliklə də məhkəmlərin qərarı ilə müflis hesab edilən vətəndaşlar borc aldıqları banklara müraciət edə və öhdəliklərinin müəyyən dövrdə dayandırılmasına nail ola bilər. Bu zaman fərdin borclarının yenidən strukturlaşması planının hazırlanması və məhkəmə prosedurları üzrə yarannmış xərclərin dövlət tərəfindən qarşılanması problemin həllinə töhfə olardı. Bu təklifin reallaşması "parnik banklar"ı da düşdüyü böhranlı vəziyyətdən çıxara bilər.
Təklif 3. Ümidsiz borclar dövlət tərəfindən alınsın. Bu məqsədlə Mərkəzi Bank nəzdində "Şübhəli və ümidsiz borclar üzrə Agentlik" yaradılsın. Bu agentlik kommersiya bankların və qeyri-bank kredit təşkilatlarının bu kateqoriyadan olan borclarını satın almaqla onlarla şirkətlər və vətəndaşlar arasında olan kreditor münasibətlərinin həllinə yardım edə bilər.Bu təkliflərin reallaşması ümumi kontekstdə bank və müştəri böhranının həllinə, maliiyə və kredit sisteminin, bütövlükdə isə iqtisadiyyatın sabit inkişafına töhfə verə, fərdi planda isə vətəndaşların əmlakının banklar tərəfindən satışa çıxarılması, onların kreditor borclarını gecikdirdiklərinə görə dəbbə pulu (cərimə, penya) ilə "yüklənməsi" praktikasına son qoya bilər.
Adr Herekati