Xəbər lenti‎ > ‎

“ABŞ Rusiyanı 40 dəqiqəyə məhv edə bilər” – Saakaşvili

15 Şub 2015 03:21 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Rusiyanın nüvə şantajı işə yaramayacaq.” AzPolitika.info-nun məlumatına görə, bu fikirləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna telekanallarından birinə açıqlama verərkən bildirib.
O, Rusiyanın nüvə potensialı ilə hədələrinin işə yaramayacağını deyib:
“Başa düşmək lazımdır ki, bu gün Rusiya ilə ABŞ-ın nüvə potensialları arasında kəskin fərqlər var. Əgər belə bir təhlükə yaranarsa, ABŞ 40 dəqiqə ərzində Rusiyanın bütün nüvə potensialını məhv edə bilər. Bu gün ən mühüm məsələ Ukraynaya silah yardımının olunmasıdır. Bir neçə gün ərzində mən bu məsələni koordinasiya edəcəyəm. Mən hər hansı bir idarənin əməkdaşı deyiləm, sərbəst siyasətçiyəm, Gürcüstan vətəndaşıyam.
http://azpolitika.info/