Xəbər lenti‎ > ‎

Şəkinin fəxri

6 Ara 2014 10:25 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Azərbaycanın güləşçi qızlardan ibarət yığma komandası, İranda 2-3 günlük təlim-məşq toplanışında iştirak etdikdən sonra, dekabrın 5-də oradan təyyarə ilə Hindistana - Dünya kuboku üzrə yarışa yola düşmüşdür.

Sevindirici haldır ki, yığma komandanın tərkibindəki qızlardan biri şəkili Səkinə Məmmədovadır. Məlumat üçün əlavə edək ki, S.Məmmdova daha əvvəl idmanın jüdo növü üzrə yarışlara çıxmış, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş Cüdo üzrə Bakı Şəhər Açıq Birinciliyində 2013-cü ildə 1-ci, 2014-cü ildə isə 2-ci olmuş, 2013-cü il cüdo uzrə respublika çempionatında isə 3-cü yeri tutmuşdur.

Şəkildə: Azərbaycanın güləşçi qızlardan ibarət yığma komandası Astara buraxılış məntəqəsində, İrana keçməzdən əvvəl.