Xəbər lenti‎ > ‎

5 şəhərin baş planı təsdiq olundu

30 Nis 2015 09:53 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Təsdiq olunmuş baş planlar arxkom.gov.az saytında yerləşdirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış növbəti beş şəhərin baş planı təsdiq olunub. Komitədən Lent.az-a bildirilib ki, 2011-2012-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müvafiq layihə təşkilatları arasında bağlanmış müqavilələr əsasında işlənməsinə başlanmış Balakən, Siyəzən, Yardımlı, Zərdab və Zaqatala şəhərlərinin baş planları tamamlanaraq aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra yerli icra hakimiyyətləri tərəfindən təsdiq olunub.
 Təsdiq olunmuş baş planlar, o cümlədən digər şəhərlərin mövcud və işlənməkdə olan baş planları barədə məlumatlar Komitənin rəsmi arxkom.gov.az saytında yerləşdirilib.
Eyni zamanda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Ağcabədi, Göyçay, Salyan, Xaçmaz və Şəmkir şəhərlərinin baş plan layihələrinin işlənməsinə başlanıb.
http://news.lent.az/