Xəbər lenti‎ > ‎

40 milyard dollar sərvəti olan şeyx də Azərbaycanda ova çıxdı

3 Nis 2015 09:53 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Şeyxin yaxınları məlumat yayıblar.
 Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Azərbaycanın bölgələrinə səfərə çıxıb.
Oxu.Az xəbər verir ki, Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə ova çıxıb.
 Bununla bağlı sosial şəbəkələrdə şeyxin yaxınları video və şəkillər paylaşıblar. Çəkilən şəkillərdən şeyxin Sabirabad rayonu ərazisində ov etdiyi də məlum olur.
 Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum aprelin 1-dən ölkəmizdə rəsmi səfərdədir. Bir neçə gün öncə isə şeyxin varisi Hamdan Muhammed Bin Rəşid əl-Maktum da Azərbaycanda səfərdə olmuşdu. Qeyri-rəsmi xarakter daşıyan səfərdə gənc şeyx paytaxtda və bölgələrimizdə olmuş, ov prosesində iştrak etmişdi. Səfərdən çəkilən fotoları isə İnstagram səhifəsində paylaşmışdı.
 Qeyd edək ki, Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun sərvətinin ölçüsü isə 40 milyard dollara bərabərdir.