Xəbər lenti‎ > ‎

Zaqatalada yarmarka

29 Ara 2014 03:54 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Bayramla əlaqədar əksər bölgələrdə də kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunub. Zaqataladakı yarmarka məhsul bolluğu ilə diqqət çəkib. Bayramqabağı bura gətirilən ət, süd məhsulları, meyvə-tərəvəz və digər ərzaq malları bazar qiymətlərindən 20-30 faiz aşağı alıcılara təklif olunur. 2 gün davam edəcək yarmarkaya ölkənin hər bölgəsindən çeşid-çeşid məhsullar çıxarılıb. Satılan bütün malların keyfiyyətinə aidiyyəti qrumlar nəzarət edir.


                                                                                                                                 Xəbər ƏhmədFərruxoqlu.