Xəbər lenti‎ > ‎

Putindən mesaj: “Keçmiş SSRİ respublikalarında mübahisəli problemlərin çevrilişlə həllinin əleyhinəyik”

29 Eyl 2015 10:17 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı





“Rusiya üçün keçmiş SSRİ respublikalarında olan mübahisəli problemlərin “rəngli inqilablar” yolu ilə həlli qəbuledilməzdir”.

Strateq.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ-ın CBC telekanalına müsahibəsində deyib.

Putin postsovet ölkələrin daxili siyasi proseslərinə xarici müdaxilənin Moskva üçün ciddi təhlükə olduğunu etiraf edib: “Keçmiş SSRİ respublikalarında olan mübahisəli problemlərin, daxili siyasi məsələlərin həllinə “rəngli” inqilablar, çevrilişlər və Konstitusiyaya zidd digər usullarla müdaxilə edərək bu ölkələrdə hakimiyyəti devirmək Rusiya üçün qəbuledilməzdir”.

O, nümunə olaraq Ukraynanı göstərib.

Putin bildirib ki, Rusiya ölkələrin ərazi bütövlüyünə hörmət edir: “Biz istərdik ki, digər ölkələr də bu dövlətlərin suverenliyinə hörmət etsinlər. Suverenliyə hörmət – dövlət çevrilişləri törətməmək və legitim hakimiyyəti qeyri-qanuni devrməməkdir”.

Putin SSRİ-nin dağılması barədə işlətdiyi “ən dəhşətli faciə” ifadəsinin üzərində yenə də durduğunu bildirib.

Bununla yanaşı Putin Qərbdə onun SSRİ-ni bərpa etmək niyyətlərinin olması barədə deyilənləri rədd edib. Jurnalistin “Bəziləri Gürcüstana və Ukraynaya baxaraq düşünr ki, siz Rusiyanın nufuz dairəsini bərpa etməyə çalışrısnız” sualına Putinin cavabı isə birmənalı olub: “Bizi həmişə hansısa ambisiyalarda günahlandırırlar. SSRİ-nin suqutu həqiqətən nəhəng faciə idi. Bilirsiniz niyə? Ona görə ki, bir gecənin içində 25 milyon rus Rusiyanın sərhədlərindən kənarda qaldı. Halbuki onlar vahid ölkədə yaşayırdılar. Qəfildən sərhəd məftillərinin o tayında qaldılar. Bilirsinizmi nə qədər problem ortaya çıxdı? Məişət, iqtisadi, sosial problemlər, ailələrin dağılması – hamısını saymaq olmur. Siz bunu normal sayırsınız? Ruslar dünyada bu gün ən böyük parçalanmış xalqdır. Bu, problem deyil? Sizin üçün ola bilsin yox, amma mənim üçün problemdir”.

X. SƏFƏROĞLU

Strateq.az