Xəbər lenti‎ > ‎

MTN-in daha bir polkovniki işdən çıxarıldı

28 Eki 2015 10:18 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı

Milli Təhlükəsizlik Nazirliyində “təmizləmə” əməliyyatı davam edir.Vəzifə səlahiyyətlərində sui-istifadə edən, adları müxtəlif qanuna zidd əməllərdə hallanan şəxslər vəzifələrindən kənarlaşdırılır, saxlanılır.
Milli.Az-ın əldə etdiyi məlumata görə, MTN-in Tədris Mərkəzinin rəisi, polkovnik Vahid Zeynalov işdən azad olunub. Rəsmi sənəddə onun “sərəncama götürüldüyü” vurğulanır.
Dünən xəbər yayılmışdı ki, onun qardaşı – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub.