Xəbər lenti‎ > ‎

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti vətəndaşa uduzdu, amma…

26 Eki 2015 06:55 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı

rrrDaşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin fəaliyyəti ilə bağlı hər zaman vətəndaşların şikayətinə rast gəlinir. Bu dəfə cumhuriyyet.az-a Salayev Vasif Əlibala oğlu tərəfindən şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
 “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin bəzi işçiləri dövlət qanunlarına tabe olmur vəmənə aid olan evin sənədləşdirməsi işində maneələr törədir. 3 dəfə bu təşkilat məni məhkəməyə verib və məhkəmələrin hamısında uduzub. 21.10.2015 ci vaxt tarixində Ali Məhkəmə 2-1(102-502/15) nömrəli qərar verib. Lakin verilən qərarı artıq neçə aylardır ki, icra etmirlər. Bu aylar ərzində neçə dəfə müraciət etsəm də hər dəfə deyirlər gözlə. Sənədlərin hər biri qaydasında, məhkəmə də qərarını verib, sənədlər qəbul olunub, mühəndis də gəlib ölçüb. Hamı deyir hər şey qaydasındadır. “Bəs niyə icra eləmirlər?” sualına cavab “İmtina etmirik ki” sözünü bu işə baxan hüquqşünas Nurlan müəllimdən eşitdik. Bu işin icrasına kim baxır? Əvvəl dedi; “Bilmirəm.” Sonra dedi “Deyə bilmərəm.” Nə vaxt icra olunacaq? Dedi “Mən bilmirəm,bəlkə sabah,bəlkə 2 günə”. Dedim bəlkə 1 aya. Dedi ” Ola bilər”.Buna nə ad vermək olar? Özünüz ad qoyun.