Xəbər lenti‎ > ‎

Bakıda 150 min manatlıq oğurluq

22 Eyl 2015 09:16 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı




Bakıda evdən 150 min manatlıq oğurluq olub.
Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, paytaxtın İ.Həmidov küçəsində yaşayan Bəyimxanım Ələkbərovanın evindən 50 min manat nağd pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
"Təhlükəsiz Şəhər" Xidməti, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

HerGun.Az