Xəbər lenti‎ > ‎

DÜNYANI UTANDIRAN QIZIMIZ !

19 Kas 2015 04:39 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Daha bəsdir, Fransadan və İŞİD-dən,terrorçulardan danışdıq
yorulduq. Bir az da məsələnin görünməyən tərəflərindən
və insanlardan danışaq. Daha doğrusu,konkret bir
insandan danışaq.

O insan kimdir ?

Bu günlər Paris hadisələrinin baş verdiyi yerlərə canlı
surətdə baş çəkən və hər şeyi öz gözüylə görən
yeganə azərbaycanlı - Aysel Həmidova...

Amma bunu da öncədən qeyd edim ki,Aysel xanım
orda bizim Azərbaycanı yox,uzaq İtaliyanı
təmsil edirdi.

Çünki Aysel xanım İtaliya hökumətinin rəsmi
təmsilçisidir. Və beynəlxalq dərəcəli
hüquqşünasdır.

Aysel Həmidova Parisdə keçirilən beynəlxalq
sülh konfransında iştirak edəcəkdi.

Amma həmin toplantıda ermənilərin və farsların
fəal iştirakı və müsəlmanlar,türklər əleyhinə
danışmaları Aysel xanımı məcbur edib
ki,o həmin toplantıda əsl azərbaycanlı
xarakterini ortaya qoysun.
Və qoyub da !

O toplantı iştirakçıları qarşısında təmiz ingilis
dilində danışaraq müsəlmanların və
türk dünyasının haqlarını edib.

Eyni zamanda da Dağlıq Qarabağın da məhz
terrorizmin - erməni terrorçuluğunun
qurbanı olduğunu cəsarətlə
söyləyib.

Ermənilər və farslar isə onun çıxışına mane
olmağa və onu hər cür yolla susdurmağa
çalışıblar.

Lakin istəklərinə nail ola bilməyiblər.
O öz sözünü axıra qədər deməyi, qoca Avropanın
kar qulaqlarına Azərbaycanın səsini çatdırmağı
bacarıb.

Açığı, ermənilərin çoxluq təşkil etdiyi ermənipərəst
bir ölkədə - Fransada belə bir çıxışda bulunmaq
həqiqətən də insandan cəsarət istər.

Yaxşı ki, Aysel kimi qızlarımız, patriotlarımız var.
Və nə yaxşı ki,onlar lazımi anda lazımi yerdə
olmağı,öz sözlərini deməyi bacarırlar.

P.S.
Mən istərdim ki,bizim jurnalistlərimiz,köşə yazarlarmız
Fransaya getmədən,Parisdəki olayları öz gözləriylə
görmədən,bilmədən həmin teraktlar və onun
səbəbləri,təşkilatçıları barədə ağızlarına
gələni yamaqdansa,Aysel Həmidova
kimi peşəkarlara və canlı şahidlərə
müraciət etsə,canlı telefon
bağlantıları qursaydılar,
bu,daha düzgün bir
iş olardı.

Təşəkkürlər, Aysel xanım !
Bütün Azərbaycan adından təşəkkürlər !!!

++ Beybala Mirzeyev ++