Xəbər lenti‎ > ‎

Bakıda bina yanır

19 May 2015 01:41 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın hələ də davam edir. Helikopter 10 dəfə öz çənindən yanan binanın alovları üzərinə su töküb. Ancaq bu yanğının tam sönməsi üçün yetərli olmayıb.
 Əməkdaşımızın verdiyi məlumata görə, yanan binada körpə oğlu qalan gənc ata fəryad qoparır. O, "İçəridə oğlum qalıb, adı Ruslandır" deyir və binaya daxil olmağa çalışır. Ancaq polislər və FHN əməkdaşları gənc atanın binaya girməsinə imkan vermirlər.