Xəbər lenti‎ > ‎

“Traxtorsazı”-nin çempionluğu əlindən necə alındı – sensasion fırıldaq

16 May 2015 04:22 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Bu gün İranın əsas liqi “Pro Lig”-də sonuncu oyunlar keçirilib. Sonuncu tur üç komanda üçün xüsusilə həyəcanlı keçib. Belə ki, liqin lideri Təbrizin “Traxtorsazı” komandası 57 xalla birinci, Tehranın “Naft Tehran” komandası 57 xalla (qol fərqinə görə) ikinci və Tehranın digər komandası “Sepahan” 56 xalla üçüncü olaraq çempionluq şanslarını sonuncu tura saxlamışdılar.
Amma təbii ki, turnirin ən maraqlı oyunu Təbrizin “Səhənd” stadionunda baş tutacaqdı. Xalları eyni olan ilk iki yerin sahibləri üz-üzə gələrək, bir-biriləri üzərində qələbə çalıb çempion olacaqdılar.
Matçın 75-ci dəqiqəsinə qədər oyun 3-1 hesabı ilə təbrizlilərin xeyrinə davam edirdi. 77 və 81-ci dəqiqələrdə qonaq komanda vurduğu qollarla hesabı bərabərləşdirməyə nail oldu. Amma stadionda verilən anonsa əsasən bərabərlik də təbrizlilərə çempion edirdi. Çünki anonsda qeyd edilib ki, paralel oyunda “Sepahan” komandası da oyunu bərabərə bitirib.
Beləliklə, heç nədən xəbərsiz futbolçular və texniki heyət bərabərliklə razılaşıb, oyun bitdikdən sonra isə azarkeşlərin də meydana axışması ilə birgə çempionluq şənliyi başlayıb.
Sonradan məlum olub ki, bu anons sadəcə yalan imiş: “Sepahan” “Syapa” komandaları arasında görüş bərabərə deyil, “Sepahan”-ın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə oyunu izləyən 90 min azarkeşin sevinci göz yaşlarına dönüb. Bir neçə azarkeşin ürəyi tutub yerə yıxılıb, təcili xəstəxanaya aparılıb.
“Traxtorsazi”nin portuqaliyalı məşqçisi Toni Oliviera əvvəlcə sevincli, sonra ağlayarkən fotokameraların yaddaşına düşüb.
“Naft Tehran” komandasının baş məşqçisi Aliriza Mənsurian: "Oyunun sonunda dedillər "Sepahan" və "Saypa" oyunu heç-heçə qalıb. Bizim və "Traktrosazi" klubunun oyunun sistemin pozdular. Azərbaycan xalqı bizi bağışlasın".
Bu xəbər Tehran mediasında da işıqlandırılıb:


ظهارات تکان دهنده مدیرعامل نفت؛ اتفاقات تبریز، چیزی نزدیک به فاجعه!
İran Televiziyasına bağlı olan 90TV saytı bu xüsusda belə yazıb: “Belə bir hadisə bəlkə dünyanın heç yerində olmayıb, amma İran futbolunda olub. Oyunun sonunda “Traktorsazi” komandası və tərəfdarlarına deyilib ki, “Saypa-Sepahan” oyunu bərabər nəticə ilə sona çatıb və “Traktorsazi” çempiondur. Guya, bu yanlış məlumat stadionda təhlükəsizliyi qorumaq üçün verilib. Amma, deyilənlərə görə, “Traktorsazi”nin baş məşqçisi Antonio Oliveyra komandasının çempion olduğunu düşündüyü üçün oyunçulardan, geri çəkilib sadəcə, nəticəni qorumağa çalışmalarını istəyib”.
İSNA-nın məlumatına görə, “matçın son dəqiqələrində Təbriz stadionunda bütün internet, TV, radio və hətta mobil telefon əlaqələri kəsilib”.


Abbas Atilay, musavat.com