Xəbər lenti‎ > ‎

Zaqatala rayonunun Aşağı Tala kəndində yeni artezan istifadəyə verildi.

12 Haz 2015 10:10 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı

Zaqatalanın Aşağı Tala kəndində, Hacıbulaq adlandırılan ərazidə bulaq kompleksi əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Eləcə də bir ədəd yeni artezyan quyusunun istifadəyə verilməsilə kənddə bayram ab-hava yaşanıb. Zaqatalanın Aşağı tala kəndində bulaq kompleksinin əsası 1930-cu ildə, Hacı adlı bir xeyriyyəçi tərəfindən qoyulub. Bir neçə kəndi birləşdirən yolun üzərində qurulan bulaqdan gün ərzində yüzlərlə insan su içərək susuzluğunu yatırır. Bu baxımdan kompleksin əsaslı təmiri sakinlərin sevincinə səbəb olub. Bu kənddə istifadəyə verilən artezyan quyusundan isə Dombabinə, Muğanlı və Əlibayramlı kəndlərinin sakinləri də yararlana biləcək. Bu münasibətlə mərasimə toplanan sakinlər təbrik olunub. Ucqar rayonların içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirilib.
Əhməd Fərruxoqlu