Xəbər lenti‎ > ‎

Ərəb telekanalından Əliyevin Səudiyyə səfəri ilə bağlı sensasion "İran" şərhi

6 Nis 2015 12:44 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanına səfəri ərəb mediasında ciddi rezonans doğurub. Bir neçə dəqiqə əvvəl nüfuzlu “Əl-Ərəbiyyə” telekanalı da İlham Əliyevin kral Salman ibn Əbdüləzizin dəvəti ilə gerçəkləşən səfərini müzakirə edib.
 Avropa.info Yenicag.az-a istinadən xəbər verir ki, prezidentin səfəri ilə bağlı analitik təhlildə İrana mühüm yer ayrılıb.
 Ərəb analitiklər bu səfərin regionda gerçəkləşən ab-hava ilə əlaqəli olduğunu bildirərək, qeyd ediblər ki, bu səfərdən ən çox İran narahatdır.
 Proqramın şərhçisi İranın Ermənistana yardım etməsinə diqqət çəkən açıqlamasından sonra bunları söyləyib: “Tehran mediası Əliyevin bu səfərinə çox qısqanclıqla yanaşırlar. Bu İranın rəsmi mövqeyindən qaynaqlanır. Hansı ki, bu ölkə müsəlmanlara yardım etdiyini bildirsə də, ermənilərə yardım edir. Səudiyyə Ərəbistanı isə nəinki Azərbaycanı dəstəkləyir, hətta Ermənistanı dövlət olaraq tanımır və heç bir diplomatik əlaqələr qurmayıb”.
 Şərhçi onu da bildirib ki, İranla Azərbaycan arasında tarixi ədavət var və bu daha çox fars rejiminin ərazi iddialarından qaynaqlanır.