Xəbər lenti‎ > ‎

Prezident Milli Bankın sədrini və üç müavinini işdən qovdu

5 May 2015 10:38 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Tacikistan prezidenti Emoməli Rəhmon milli valyuta olan somoninin sürətlə ucuzlaşması və ölkədə xarici valyuta kəsirinin yaranmasından sonra respublikanın Milli Bankının (TMB) sədri Abucabbor Şirinov və onun üç müavinini işdən qovub.
 Prezidentin mətbuat xidmətinin çərşənbə axşamı verdiyi məlumata görə, TMB-nin rəhbəri vəzifəsinə Camşed Nurmahmadzoda təyin edilib.
 O, son iki ildə yerli “Amonatbank”ın İdarə Heyətinin sədri olub.
 Oxu.az-ın məlumatına görə, Camşed Nurmahmadzoda çərşənbə axşamı jurnalistlərə bildirib ki, Milli Bankın rəhbərliyi ilk növbədə valyuta bazarında problemlərin həlli ilə məşğul olacaq.
 “Hazırda bizim ən vacib vəzifəmiz ölkədə milli valyutanın qaydaya salınmasıdır. Respublika prezidenti Milli Bank rəhbərliyi qarşısında bu vəzifəni qoyub. Bütün səylərimiz bu istiqamətdə olaca”, - deyə o bildirib.
 Qeyd edək ki, Rusiyadan valyuta köçürmələri axının azalması fonunda Tacikistanda mart-aprel aylarında xarici valyuta kəsiri yaranıb. Yerli Milli Bank əvvəlcə problemi valyuta müdaxilələri ilə həll etməyə çalışıb, sonra isə valyuta alqı-satqısını qadağan edib. Bu qərarlar milli valyuta olan somoninin məzənnəsinin 2015-ci ilin əvvəlindən mayın 5-dək 15,5% - 6,2794 somoni/1 dollar nisbətinədək dəyişməsinə gətirib. Bütün 2014-cü il ərzində isə məzənnə cəmi 10% ucuzlaşıb.
 Hazırda ABŞ dollarını satmaq çox asan olsa da, almaq demək olar ki, qeyri-mümkündür: TMB-nin qərarına əsasən, kommersiya bankları bir mübadilə əməliyyatı çərçivəsində 100 dollardan artıq pul sata bilməzlər və bu, yalnız iki səhifəlik anketin doldurulmasından sonra baş verir. Anketdə pasport məlumatları, ünvan, telefon, xarici valyutanı almağa məcbur edən səbəb barədə yazmaq lazımdır.
 Qeyd edək ki, Rusiyada işləyən miqrantların Tacikistana köçürmələri bu ölkənin ÜDM-nin 40%-ni təşkil edir.
http://virtualaz.org/