Xəbər lenti‎ > ‎

NATO-dan Moskvaya sərt mesaj: “Qarabağda istifadə olunan silahların əsas hissəsi Rusiyadan gətirilir”

4 Kas 2015 08:31 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı

“Qarabağ münaqişəsində istifadə olunan silahların əsas hissəsi Rusiyadan gətirilir”

Strateq.az bildirir ki, bu sözləri NATO-nun Cənub Qafqaz üzrə əlaqə zabiti Uilyam Laxyu Yerevanda keçirdiyi mətbuat konfransında bəyan edib.

Erməni jurnalistlər NATO təmsilçisindən Türkiyənin Azərbaycanı silahla təmin etməsi ilə bağlı məsələyə münasibət bildirməsini istəyiblər. Laxyunun cavabı birmənalı olub.

“NATO təşkilat olaraq öz süveren üzvlərinə xarici siyasətlərini necə qurmalarını diqtə edə bilməz. Mən sizin bu iddianızla bağlı məlumatla tanış deyiləm və onu şərh edə bilmərəm. Əsas odur ki, münaqişəyə cəlb olunmuş tərəflər konfliktin eskalasiyası və yeni qurbanların olmaması üçün zəruri tədbirlər görsünlər”.

X.SƏFƏROĞLU