Xəbər lenti‎ > ‎

Azərbaycanın böyük qaz kəmərində güclü partlayış

4 Ağu 2015 04:22 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Partlayışın səsi 20 kilmometr aralıdan eşidilib.


ANS PRESS-in məlumatına görə, partlayışla əlaqədar boru xəttində qaz nəqli dayandırılıb.
Qars valisi Günay Özdemirin verdiyi məlumata görə, Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttinin Sarıkamış rayonundan keçən hissəsində partlayış baş verib.
Onun sözlərinə görə, partlayışın səbəbi hələlik məlum deyil. Özdemir bildirib ki, mütəxəssislər əraziyə göndərilib. Partlayışın səsi 20 kilmometr aralıdan eşidilib.
Faktla bağlı araşdırmalara başlanılıb.


Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum boru xətti
Bu gün Ağrı əyalətində Türkiyə-İran qaz kəmərində partlayıcı qurğu zərərsizləşdirilmişdi. Boru xəttinə partlayıcı qurğunu PKK silahlıları tərəfindən yerləşdirildiyi ehtimal edilir.
İyulun sonunda Ağrı əyalətində İran-Türkiyə magistral qaz xəttinin 15 km-də partlayış baş vermişdi. Partlayışdan sonra yaranan yanğını qısa müddət ərzində söndürmək mümkün olmuşdu.
Bu yaxınlarda isə Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində güclü partlayış törədilmişdi.
Türkiyənin enerji bə sərvətlər naziri Taner Yıldız bildirmişdi ki, boru xəttinin TürkiyəninAğrı vilayətindən keçən hissəsi partladılıb.
"Partalyış bu axşam törədilib. Partlayışdan sonra yanğın baş verib. Lakin qısa müddət ərzində alovun qarşısını almaq mükün olub. Təmir işləri başa çatandan sonra İrandan Türkiyəyə təbbi qazın nəqli bərpa ediləcək. Bir neçə gün əvvəl Cizre-Silopi arasındakı elektrik xəttində, daha sonra Türkiyə və İran arasındakı təbii qaz boru xəttində təxribatın həyata keçirilməsi sadəcə dövlət və hökumətimizə qarşı deyil, həm də o bölgədəki vətəndaşlarımıza qarşıdır", deyə nazir bildirib.


Türkiyənin enerji bə sərvətlər naziri Taner Yıldız
Son vaxtlar Türkiyədə PKK və İŞİD terrorçuları xeyli aktivləşib. PKK terrorçuları ölkədə bir sıra terror hücumları həyata keçirır, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarını öldürür. Bir neçə gün əvvə ilə Cizre-Silopi arasındakı elektrik xəttində də təxribat törətmişdilər.
Məlum olduğu kimi Türkiyədən Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru xətti keçir. PKK terrorçularının son günlər təbii qaz boru xəttinə, elekrik xətlərinə etdiyi hücumlar Azərbaycanın bu ölkədən keçən neft kəmərlərinin təhlükəsizliyi məsələlərini də gündəmə gətirir.




Türkiyədə partladılan boru xəttindən son fotolar