Xəbər lenti‎ > ‎

Suriyadakı sirli tayfa: Durzilər

2 Tem 2015 12:05 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
İslaminsesi.org-un verdiyi məlumata görə, Radikal islamçı qruplar tərəfindən durzi kəndlərinə edilən hücumlar ölkənin önəmli dini azlıqlarından olan durziləri gündəmə gətirdi. Durzilər kimdir? Niyə görə yüzillər boyu sirli, müəmma dolu bir həyat yaşadılar? Suriyadakı ölkə daxilində gedən müharibədə hansı tərəfdə dayanırlar?
3-cü ən böyük dini azlıq
22,5 milyonluq Suriya əhalisinin təxminən, yüzdə 3-ü durzilərdən ibarətdir.
Onların məskunlaşdığı kəndlərə edilən son hücumlar ölkədəki bu dini azlığın gələcəyi ilə bağlı qayğıları artırıb.
Bir neçə gün əvvəl Əl- Qaidənin qolu olan Əl-Nüsrə cəbhəsi Suriyanın cənub şərqindəki İdib əyalətində ən azı 20 durzini öldürdü. Bu, 4 illik döyüşlərin başlamasından indiyədək ən qanlı hücum hesab olunur. Suriyadakı döyüşlər durzilərin sıx məskunlaşdığı bölgələrə də yayılıb.
Şiə durzilər
Radikallar onlara kafir kimi baxır
Durzilik 11-ci əsrdə şiə məzhəbinin bir qolu olan İsmaillikdən yaranıb. Bu tayfaların adı orta Asiyadən olan din adamı Muhamməd bin İsmayil əl-Dərəzidən qaynaqlanır.
Muhamməd bin İsmayil əl-Dərəzi, Misirdəki Fatımi xəlifələrindən əl-Hakimi Tanrının cisimləşmiş halı kimi görürdü.
Dürziler hücumlardan yayınmaq üçün yüzillər boyu dinlərini sirr saxlayaraq yaşadılar.
Əl-Hakim, 1021-ci ildə müəmmalı şəkildə ortadan yox oldu. Dürzilər, onun qıyamət günü, yerdəki ədaləti təmin edərək yenidən ortaya çıxacağına inanırlar.
Əl-Hakimin xələfi əl-Zahir, onun Tanrı cismi olması iddiasını rədd edərək durzilərə zülm etməyə başladı. Onları cəza olaraq Liviya və Suriyanın dağlıq ərazilərinə köçməyə məcbur etdi.
Durzilərin böyük əksəriyyəti paytaxt Dəməşqin cənubundakı Suveydə əyələtinin Cəbəl el-Dürzi bölgəsində yaşayır. Suriyanın başqa ərazilərində də durzi kəndlərinə rast gəlinir.
Ötən həftə qanlı hücumların baş verdiyi İdlibin Cəmal ell-Summak bölgəsi də bunlardan biridir.
 Bu tayfa əsrlər boyu zülmə uğramamaq üçün dinləriylə bağlı qapalı bir qutu kimi yaşadılar. Sadəcə çox az adamın, tanrıya daha yaxın hesab edilənlərin dini mərasimlərə qatılmasına icazə verilir.
Cənub təhdidi
 Suriyalı durzilərin böyük əksəriyyəti uzun müddətdir ki, Əsəd hakimiyyətinə sadiqlik nümayiş etdirirlər.
Bir çoxları isə sadəcə Bəşər Əsədin Suriyadakı azlıqları qoruya biləcəyini düşünür.
Durzilər Bəşərin devrilməsi ilə azlıq qrupların hədəfə alınacağından və Suriyadakı sünni çoxluq içərisində yer alan radikallar tərəfindən məhv ediləcəklərindən qorxurlar.
Bəzi durzilər evlərini üsyançı qrupların hücumlarından qorumaq üçün silaha sarılıb xalq komitələri yaratsa da, bəziləri Əsəd tərəfdarı bir milis qrupu olan və ordunun yanında vuruşan Milli Müdafiə Qüvvələrinə(MMQ) qatıldılar.
 Ancaq durzilər arasındakı fikir ayrılığına dair işarələr son aylarda hökumət güclərinin tıtbiq etdiyi bir yeniliklə üzə çıxmış oldu.
Hökumətin müharibədəki itkilərin yerini doldurmaq üçün çətin əsgərlik həyatndan yayınan gənc kişilərin cəlb edilməsi istiqamətində görülən işlər ilk növbədə cənubdakı durzilərdə narazıq yaratdı.
Bəzi durzi kəndlərində gəncləri zorla əsgərliyə cəlb edən hökumət adamlarına hücumlar edildi və onlar kəndlərdən qovulub çıxarıldı.
 Ötən ay isə bir fərari əsgəri azad etmək üçün ordu kəsfiyyatçısı girov götürüldü.
Hökümət əsgərliyə çağırılan gəncləri sadəcə öz kəndlərinə yaxın bölgələrdə yerləşdirməklə aranı sakitləşdirməyə çalışdı, amma durzi liderlər hökuməti sözünü tutmamaqda ittiham etdilər.
Bundan başqa durzilər cənubda getdikcə irəliləyən Nüsrə cəbhəsi və İŞİD terrorçularının yaratdığı təhükədən daha çox narahatlıq keçirirlər.
Nüsrə cəbhəsi yaraqlıları hazırda Suriyadan cəmi bir necə kilomet aralıdadırlar.
 Zorla din dəyişdirmək
 Nüsrə cəbhəsi lideri, onlara qarşı vuruşmayan kəndlərin sakinlərinə zərər verməyəcəklərini söylədi. Amma yerli fəalların dediyinə görə, bu cəbhənin icində yer alan üsyancı ittifaq qrupu Cəbəl əl-Summakın nəzərətini ələ keçirən kimi neçə yüz durzi sələfi olmağa məcbur edildi. Türbələr dağıdıldı, məzarlıqları ziyarət etmək qadağan olundu.
 Ötən günlərdə Qalb Lavzah kəndində bir qrup durzinin güllənərək öldürülməsi Liviyada və israildə yaşayan dürzilərin böyük qəzəbinə səbəb oldu.
İsraildə minlərlə durzi yaşadıqları kəndlərdə təşkil etdikləri etiraz aksiyalarında hökuməti və beynəlxalq birliyi Suriyadakı qardaşlarına yardım etməyə çağırdılar.
Bir çoxlarının yüksək mövqe tutduğu , yüzlərlə durzinin xidmət keçdiyi israil ordusunun baş komandanı Suriyanın Colan təpələrində kətliamın qarşısını almaq üçün lazım gələrsə hərəkətə keçəcəklərini söylədi. İsraildəki dürzilər Suriyada olan həmfətənlərinin təhdid altında olduğunu söyləyirlər.
 İsrailin baş naziri Binyamin Netanyahu, təfərrüata varmadan "lazım olanın edilməsi mövzusunda təlimat verdiyini" bildirib.
 Liviyada dürzi lider Vəlid Canpolad bu hücumu sərt bir şəkildə qınadı, eyni zamanda bunun çağırış üçün əsas vediyini söylədi. Qatı bir Əsəd əleyhdarı olan Canpolad, suriyalı durziləri üsyançıları dəstəkləməyə çağırdı və bütün bəlaların hökümətdən gəldiyini bildirdi.
 Əsədə yaxın livanlı dürzi siyasətçi Viam Vahhab isə Canbolada tam əks mövqe sərgilədi. Vahhab, Suveydedə yaşayanlara özlərini müdafiə etmək üçün "pul, könüllü və silah" göndərilməsinin vacibliyini qeyd etdi.
Durzilər əsrlər boyu olduğu kimi, indi də bir tərəf tutmağa məcbur edilirlər.- See more at: http://islaminsesi.org/index.php/xeber-arxivv/item/35095-suriyadak-sirli-tayfa-durzilaer#sthash.QPmX3lAx.dpuf