Xəbər lenti‎ > ‎

Zaqatalada küllü miqdarda narkotik bitki aşkarlanıb

1 May 2015 10:58 tarihinde Sadiq Fataliyev tarafından yayınlandı
Zaqatalada küllü miqdarda narkotik bitki aşkarlanıb.Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərtdirilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Zaqatala RPŞ-ə daxil olmuş məlumat əsasında keçirilmiş tədbir nəticəsində rayonun Aşağı Tala kənd sakini, 1956-cı il təvəllüdlü Tanzilə Tacəddin qızı Lahıcovanın yaşadığı evin həyətyanı sahəsində düzəldilmiş, uzunluğu 24 m olan 3 ədəd istixanada xüsusi kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə bitkisi aşkar edilib. Zaqatala RPŞ-nin əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə istixanalardan hündürlüyü 50 sm-dən 1m-ə qədər olmaqla ümumilikdə 330 ədəd çətənə bitkisi kolu yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, narkotik tərkibli bitki hesab olunan çətənə kollarını istixanalara ev sahibəsi Tanzilə Lahıcovanın Balakən rayonu Hənifə kəndində yaşayan qardaşı Nəcməddin Lahıcovun oğlu Niyaməddin Lahıcov tərəfindən əkilərək qulluq edilib.
                                                                                                                   Əhməd Ələkbərzadə